Orta məktəblərlə bağlı qanun hazırlanır

orta-mekteblerle-bagli-qanun-hazirlanir
Oxunma sayı: 2242

“Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun may ayında yaradılması nəzərdə tutulur.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

İ.Həbibbəylinin sözlərinə görə, “Peşə təhsili haqqında” qanun layihəsi III oxunuş üçün müzakirələrdən keçdikdən sonra “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsi üzərində işin aparılması nəzərdə tutulur:

“Yəqin ki, may ayında “Orta ümumtəhsil müəssisələri haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılacaq və bu sahə üzrə dünya təcrübəsi öyrəniləcək”.