Orta təhsil 12 il ola bilər

orta-tehsil-12-il-ola-biler
Oxunma sayı: 646

Komissiya sədrinin sözlərinə görə, bu yaxınlarda təsdiqlənməsi gözlənilən 10 illik Milli Təhsil Strategiyasında orta təhsilin müddətinin 12 il olması təklif edilib: “Bu məsələ hələlik müzakirə olunur. Orta təhsilin müddəti 12 il olarsa, bu mərhələli şəkildə həyata keçiriləcək. Biz dünya təhsil sisteminin bir hissəsi olmalıyıq. Təhsil sistemləri bir-birinə inteqrasiya olunur. Amma hər bir təhsil sisteminin özünəxas istiqamətləri var. Biz istəyirik ki, 12 illik təhsildən sonra hamı təhsil ala bilməsə də, müasir dünyada özünə yer tapsın, müəyyən bilik və bacarıqlara yiyələnsin. Buna görə hesab edirik ki, 12 illik təhsil zamanın tələbidir. Bizim uşaqlar I sinfə gedir və karvan kimi XI sinfə doğru irəliləyirlər, XI sinfi bitirəndə isə onların yalnız 10-12 faizi XI illik proqramı mənimsəyir. Biz istəyirik ki, bizim uşaqlar açıq dünyada, rəqabət olan dünyada öz yerlərini tapsınlar”.

M. Abbaszadə həmçinin, Azərbaycanda müəllimlərin bilik səviyyəsinn aşağı olmasndan da şikayətlənib. Bildirib ki, dərs deyənlərin və dərsliklərin səviyyəsini qaldırmaq lazımdır: “Təhsil sahəsində idarəetmədə də çox ciddi islahatlar həyata keçirmək lazımdır. Hər kəs öz işini vicdanla yerinə yetirsə, nəticələr də yaxşı olar”.


Nigar Məmmədli