“Ortada ssenari var” - Ərdoğan

ortada-ssenari-var
Oxunma sayı: 4197

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxışı zamanı aprelin 23-də TBMM-də yaşananlardan narahat olduğunu bildirib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, Ərdoğan ortada ssenarinin olduğunu qeyd edib:

“Öz xəstə siyasətlərindən bizim milli bayramımızı zəhərləmək üçün istifadə edənləri şiddətlə qınayıram. Ümumi toplantıda baş verənlər həqiqətən fəlakətdir”.

CHP lideri Kamal Kılıçdaroğluna “namizəd ol” çağırışı edən Ərdoğan 15 millət vəkilinin CHP-dən “İYİ” Partiyaya keçməsi prosesinə “Ortada qəribə bir ssenari var. Həftə sonuna qədər bu ssenari necə oynanılacaq, görəcəyik”,- deyə bildirib.

Ərdoğan ölkənin keçmış prezidenti Abdullah Gülün namizəd olacağı ilə bağlı sualları da cavablandırıb:

“5 mayda hamımız meydanda olacağıq. Ondan sonra meydanlarda kimin olacağını görəcəyik. Bizim belə bir problemimiz yoxdur”.