“Ortada yeyib qıraqda gəzənsən”- - İcra başçısı əsəbiləşdi

ortada-yeyib-qiraqda-gezensen-
Oxunma sayı: 4837


“Qafqazinfo” xəbər verir ki, başçı sədri danlayaraq bu sözləri deyib: 

“Sənin işin ancaq yatmaqdan ibarətdir, ortada yeyib qıraqdan gəzənsən”.

Başçı şəhər icra nümayəndəsinin sədri Əli Fərzəliyevə tapşırıq verib ki, gözü bələdiyyə sədrində  olsun.

Bundan başqa, icra başçısı Güloğlular bələdiyyəsinin sədri Kazım Quluyevi və kənd icra nümayəndəsi Əli Rüstəmovu da tənqid atəşinə tutub. Bildirib ki, nə bələdiyyə sədri, nə də icra nümayəndəsi kənddə abadlıq işləri görür, yol kənarları zibilxanaya çevrilib.

Qeyd edək  ki, icra başcısı qısa zamanda icra nümayəndələrinə və bələdiyyə sədrlərinə  işində  dönüş yaratmağı tapşırdı.

Anar