Oruc tutmağın daha bir faydası kəşf edildi

oruc-tutmagin-daha-bir-faydasi-kesf-edildi
Oxunma sayı: 5109

ABŞ-ın  Massaçusets Texnologya Universitetinin bioloqları oruc tutmağın faydaları ilə bağlı maraqlı araşdırmaya imza atıblar.

“Qafqazinfo” “Habertürk”ə istinadən xəbər verir ki, bioloqlar, ac qalmağın bağırsaq kök hüceyrələrinin sürətlə bərpasında təsiredici gücə malik olduğunu sübut ediblər.

Araşdırma siçanlar üzərində aparılıb. 24 saat ac saxlanan siçanlarda kök hüceyrələrinin sürətlə bərpa olunduğu müşahidə olunub.

Araşdırmaçı qrupunda yer alan türk alim Ömər Yılmaz və amerikalı Deyvid Sabatini oruc sayəsində kök hüceyrələrinin yağ turşusuna keçərək funksiyalarını sürətləndirdiyini qeyd ediblər.