Oruc tutmayanlara qarşı əməliyyat- - Fotolar

oruc-tutmayanlara-qarsi-emeliyyat-
Oxunma sayı: 2701


“Qafqazinfo” “Media forum” saytına istinadən xəbər verir ki, Tehran hüquq mühafizə qüvvələrinin əməkdaşları Ramazan ayının 1-ci günündə paytaxtda reydlər keçirərək küçələrdə, parklarda yemək yeyən, avtomobillərin içində siqaret çəkən yüzlərlə vətəndaşı saxlayaraq onlara xəbərdarlıq edib, bəzilərini isə polis bölmələrinə aparıblar.

Polis qüvvələri həmçinin hazır yeməklər satan yüzlərlə “fast food” mağazalarına baxış keçirərək müştərilərə sendviç və digər hazır yeməklər satan mağazaların sahiblərini cərimələyib, bəzilərinin isə fəaliyyətinə qadağa qoyublar.

Polisin paytaxt küçələrindəki əməliyyatının Ramazan ayının sonuna qədər davam etdiriləcəyi bildirilib.