Orxan Babazadə Popstar Alaturka səhnəsində

orxan-babazade-popstar-alaturka-sehnesinde
Oxunma sayı: 681

Bu barədə “Qafqazinfo” müğənni özü açıqlama verib: “Təklif Türkiyənin sənət babası Orxan Gəncəbaydan gəlib. Onunla tez-tez telefon əlaqəsi saxlayıram. Doğrudan da çox təvəzökar və gənclərə əl tutan bir sənətkardır. Türkiyədə hər kəs onunla hesablaşır. Hətta “Kral Müzik Ödülləri” zamanı da buna şahid oldunuz. “Popstar Alaturka” yarışmasının səhnəsində qonaq kimi 2 mahnı oxuyacağam. Biri Azərbaycan mahnısı digəri isə Orxan Gəncəbayın bəstəsi “Mevsim bahar olunca” mahnısı olacaq. Mahnı hazırda oranjimandadır. Səbirsizliklə oranjimanın hazır olmasını gözləyirəm. Oranjiman işləri bir az uzun çəkir. O da oranjimanın Türkiyədə olunmasına görədir. İnşallah istədiyim nəticəni əldə edərəm”
İstanbul səfəri zamanı Türkiyənin məşhur müğənnisi Zinet Sali, bəstəkar-müğənni Toyqar İşıklı və “Möhtəşəm Yüzyılın” aktyorları ilə də görüşən Orxan bildirib ki, özünü aktyor kimi də serialların birində sınamaq fikirindədir.
“ Mənə hərdən deyirlər ki səndə aktyorluq potensialı daha güclüdür. “Möhtəşəm Yüzyıl”ın Bəhram Paşa rolunu canlandıram aktyor Adnan Koç hətda mənə dedi ki sənin fakturan tam “Möhtəşəm Yüzyıl”a uyğundur. Düzdü hələ seriala çəkilmək təklifi almamışam. Amma çalışacağam serialların birinə çəkilim”.