Orxan Camalı dəfn edə bilmirlər - Səbəbi

orxan-camali-defn-ede-bilmirler
Oxunma sayı: 10141

Mərkəzi Afrika Respublikasında öldürülmüş rusiyalı jurnalist Orxan Camalı dəfn edə bilmirlər.

“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, buna səbəb Rusiyanın MAR-dakı konsulu tərəfindən jurnalistin ölümü ilə bağlı imzaladığı yekun rəyin itirilməsidir. Bu haqda Orxanın jurnalist dostu Maksim Şevçenko “Facebook” səhifəsində yazıb. O bildirib ki, yekun rəy olmadan dəfn gerçəkləşə bilməz. Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibət bildirib: 

“Düşünürəm ki, yekun rəyi yük təyyarəsində itiriblər. Həmin sənəd olmadan isə dəfn mümkün deyil. Rusiyanın MAR-dakı səfirliyi, İstintaq komitəsi və Xarici İşlər Nazirliyi sənədin bərpasına çalışır”.