Orxan Gəncəbay xəstəxanalıq oldu - Dondurmadan zəhərlənib

orxan-gencebay-xestexanaliq-oldu
Oxunma sayı: 2170

Məşhur türkiyəli müğənni 73 yaşlı Orxan Gəncəbay qidadan zəhərlənib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Onur Akay məlumat verib.

Onun sözlərinə görə, O.Gəncəbay dünən axşam evində yediyi dondurmadan zəhərlənib:

“Qarnı şişən və şiddətli başağrısı olan Gəncəbay gecə saatlarında xəstəxanaya yerləşdirilib. Səhərə qədər vəziyyəti kritik olub. Amma indi normallaşıb. Müalicəsi davam edir. Allahdan şəfa diləyirəm”.