Orxan Zeynalov cəzasını Azərbaycanda çəkə bilər

orxan-zeynalov-cezasini-azerbaycanda-ceke-biler
Oxunma sayı: 1480


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Zeynalovun vəkili bildirib ki, hazırda Azərbaycanın Rusiyadakı səfirliyi ilə bu yöndə danışıqlar aparılır. Səfirlik Zeynalovun cəzasının harada çəkilməsi ilə bağlı qərara təsir edə bilər. 

Vəkil həmçinin bildirib ki, əgər müdafiə etdiyi şəxs ölkəsinə qayıda bilməzsə, o zaman cəzasını Şimali Qafqazın cəzaçəkmə müəssisələrindən birində çəkməsi üçün əllərindən gələni edəcəklər. Vəkil Viktor Anikuşkin Şimali Qafqazda Zeynalovun həmyerlilərinin olduğunu vurğulayıb.