Orxan Zeynalovun işi məhkəməyə göndərildi

orxan-zeynalovun-isi-mehkemeye-gonderildi
Oxunma sayı: 1987


"Qafqazinfo"nun “Media forum” saytına istinadən verdiyi məlumata görə, Moskva Şəhər Prokurorluğu Orxan Zeynalovun cinayət işi üzrə ittihamnaməni təsdiqləyib. Cinayət işi baxılması üçün Moskva Şəhər Məhkəməsinə göndərilib.

Rusiya İstintaq Komitəsinin rəsmisi Vladimir Markin qətlin üstünün qısa zamanda açıldığını bildirib: “Zeynalov 2013-cü ilin oktyabrında Kolomnada saxlanılıb. O, cinayəti törətdikdən sonra istintaqdan yayınmaq üçün Kolomnada gizlənib. Araşdırmalar zamanı müttəhim günahını inkar edib və özünü müdafiə etmək üçün müxtəlif versiyalar irəli sürüb. Amma müstəntiqlər hadisənin necə baş verdiyini tam öyrənə biliblər. Məhkəmə-tibb ekspertizası da aparılıb”.

Orxan Zeynalovun 29 yaşı var.