“Oscar”a damğa vuran duet

oscara-damga-vuran-duet
Oxunma sayı: 1405

Ötən gün baş tutan “Oscar”da ən yaxşı film mahnısı nominasiyası üzrə qalib “Shallow”un baş qəhrəmanları Ledi Qaqa və Bredli Kuper olub. “Qafqazinfo” xəbər verir ki, məşhur cütlüyün “Dolby” teatrının səhnəsindəki çıxışı gündəmi zəbt edib.

Ledi ilə Bredlinin dueti sosial şəbəkələrin əsas mövzusuna çevrilib. Hətta tvitter və instaqram paylaşım platformalarında onlar arasında sevgi qığılcımlarının yarandığını da iddia ediblər. 

Bir neçə gün bundan əvvəl nişanlısı Kristian Karinodan ayrılan Qaqanın Kuperə baxışları, səmimi münasibəti bu şayiələrin artması ilə nəticələnib.