“Oskar” heykəlini oğurlamaq istəyərkən yaxalandı

“Oskar” heykəlini oğurlamaq istəyərkən yaxalandı
Oxunma sayı: 1121

Los-Anceles polisi bir nəfəri aktrisa Frensis MakDormandın “Oskar” mükafatını oğurlamaq istəyərkən yaxalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə mükafatlandırma mərasimindən sonra yemək zamanı baş verib.

Məlumata görə, bir nəfər stola qoyulan “Oskar” heykəlini götürərək qaçmaq istəyib. Lakin, o, uzağa gedə bilməyib və polislər tərəfindən ələ keçirilib.

Qeyd edək ki, Frensis MakDormand “Three Billboards Outside Ebbing, Missouri” filmindəki roluna görə ən yaxşı qadın rolu nominasiyasında mükafatlandırılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi