“Oskar”ın builki namizədləri - Siyahı

oskarin-builki-namizedleri
Oxunma sayı: 1522

“Oskar” mükafatının builki namizədlərinin adları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, ən yaxşı film nominasiyasına “Bohema rapsodiyası”, “Qara pantera”, “Qara klan”, “Favorit”, “Hakimiyyət”, “Ulduz doğuldu” namizəddir. 

Digər namizədlərin siyahısı:

Xarici dildə ən yaxşı film – “Roma”, “Kopernaum”, “Soyuq müharibə”, “Mağaza oğruları” “Müəllifsiz əsər”;

Ən yaxşı rejissor – Alfonso Kuaron, Spayk Li, Adam Makkey, Yorqos Lantimos, Pavel Pavlikovski;

Ən yaxşı aktrisa – Ledi Qaqa, Oliviya Kolman, Yalitsa Aparisio, Qlen Klouz, Melissa Makkarti; 

Ən yaxşı aktyor – Rami Malek, Bredli Kuper, Kristian Beyl, Uillem Defo və Viqto Mortnesen. 

Mükafatlandırma mərasimi fevralın 24-də Los-Ancelesdə keçiriləcək.