Oskarın ənənəvi nahar yeməyi... - Fotolar

oskarin-enenevi-nahar-yemeyi
Oxunma sayı: 3664

91-ci Oskar mükafatları mərasiminə 3 həftə qalmış namizədlərlə ənənəvi görüş təşkil olunub.  “Qafqazinfo” xəbər verir ki, ötən gecə Los- Ancelesdə reallaşan nahar yeməyi “Beverly Hilton Hotel”də keçirilib. 

Spike Lee, Alfonso Cuaron, Bradley Coope kimi rejissorları, Glenn Close, Lady Gaga, Amy Adams və Richard E. Grant kimi film ulduzları, əvvəlcə mavi xalçadan keçərək kameralara poz veriblər, KİV nümayəndələrinin suallarını cavablandırıblar. 

Onlar daha sonra tədbirə qoşularaq müzakirələrdə iştirak ediblər.