Osman Gündüz peykimizdən danışdı

osman-gunduz-peykimizden-danisdi
Oxunma sayı: 1684

Azərspace -1 ilk özəl peykimizlə bağlı bu gün çox suallar verildiyindən aşağıdakıları bölüşmək istərdim :

Müsbət məqamlar:
1. Kosmik resursların bölüşdürülməsində iştirak etmək bizim ölkəmiz üçün xeyli önəmlidir
2. Məhdud sayda olan kosmik ölkələr ailəsinə daxil oluruq və ölkəmizin imici çox əhəmiyyətli faktordu ( Təxminə 10 ölkənin Peykin orbitə çıxarılması infrastrukturu və təxminən 40-50 ölkənin də özəl peyki var)
3. Ölkədə, xüsusilə də İKT sektorunda innovasiyalrın inkişafına, texniki tərəqqiyə təkan verəcəyini düşünmək olar
4. Telekommunikasiya və İnternet infrastrukturun dayanıqlı və təhlükəsizliyi baxımından da faydalı hesab oluna bilər
5. Yeni iş yerləri, yeni mütəxəssislərin hazırlanması və bütövlükdə gələcək üçün yeni infrastrukturun formalaşması baxımından da xeyli faydalıdır

Risklər və problemlər
1. Telekommunikasiya yönümlü Peyklər üçün gəlirli biznes qurmaq indiki dövrdə olduqca problemlidir. Digər kosmik dövlətlər və şirkətlər tərəfindən Peyk bazarı çoxdan zəbt olunub.
2. Hələlik bizim Peykin resurslarının icarəyə verilməsi ilə bağlı hər hansı konkret Müqavilə haqqında məlumat yoxdur. Ciddi rəqabət olan bu bazarda niyyətlər hələ Müqavilə demək deyil. Cəmi 15 il ömrü olan Peykin gəlir əldə etməsi üçün RİTN tərəfindən sərfəli müştərilərin axtarılması istiqamətində görüləcək işlər hələ qabaqdadır.
3. “Azərspace-1" –in 36 Transponderi olacaq. 1 Transponderdən 6 rəqəmsal TV kanal yayımlana bilər . Bazarda 1 transponderin illik icarəsi təxminən 1 miln. $ -dır.
230 milyon manat xərc çəkilən Peykin illər üzrə necə gəlir əldə edəcəyi haqqında hələlik konseptual bir şey ortada yoxdur.
4. İnternetlə bağlı . Peykin cəmi bir neçə G/bit sürət verə biləcəyini nəzərə alsaq ( hazırda ölkədə təxminən 60 Gb/bit istifadə olunur) ölkədə İnternetin inkişafına ciddi təsir edəcəyini düşünmək üçün də əsas yoxdur. Amma alternativ olaraq, az həcmdə İnternet trafiki olaraq fors-major situasiyalarda faydalı olması şübhəsizdir.
5. Güman ki hökumət də məhz bu sadalanan risklərdən ehtiyatlanaraq bu Layihənin büdcədən maliyyələşdirilməsinə ehtiyat edib. İnfrastrukturun və kadrların hazırlanmasına büdcədən
dəstək verilməsi isə çox vacibdir.