Otaq yoldaşını döyən həbs olundu

otaq-yoldasini-doyen-hebs-olundu
Oxunma sayı: 647

Kirayə qaldıqları evdə otaq yoldaşını döyən şəxs həbs olunub. 

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, dünən saat 4.00 radələrində Nərimanov rayonu ərazisində kirayədə yaşayan Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş münaqişə zəminində otaq yoldaşı, Gəncə şəhər sakini Orxan Mustafayevə küt alətlə çoxsaylı xəsarət yetirib.     

Əlahiddə Çevik Polis Alayı və Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Hacıyev tutulub. Onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.