Otel işçiləri üçün təlim-tədris kurslarının ikinci mərhələsi başa çatıb - Fotolar

otel-iscileri-ucun-telim-tedris-kurslarinin-ikinci-merhelesi-basa-catib-fotolar
Oxunma sayı: 1133

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun “Qafqazinfo”ya verdiyi məlumata görə, iyunun 2-də Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Atlant” istirahət mərkəzində Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin əməkdaşları üçün təşkil olunmuş kurslarda 120 nəfərə yaxın dinləyici iştirak edib. Kurslarda iştirak edən mehmanxana əməkdaşlarına nazirliyin müvafiq sertifikatları təqdim edilib. Tədbirdə Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin daxili turizmin inkişafı sektorunun baş məsləhətçisi Vüqar Şıxəmmədov, Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin nümayəndəsi iştirak ediblər.

Qeyd edək ki, bir həftə davam edən təlim kursları 4 istiqaməti əhatə edib. Bunlar hotel idarəçiliyi, masa xidməti, qeyd-qəbul və mərtəbə xidmətləri - xadiməçilik ixtisaslarıdır.

Nigar Məmmədli