Oteldə bank müdirini öldürən həbs olundu

otelde-bank-mudirini-olduren-hebs-olundu
Oxunma sayı: 7110

 

Qeyd edək ki, aprelin 22-nə keçən gecə Nəsimi rayonu ərazisində yerləşən “Avropa” otelinin idman zalında naməlum şəxs Bakı şəhər sakinləri Azər Məmmədov və Ruslan Əfəndiyev bıçaqlanıb. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Onu da qeyd edək ki, A.Məmmədov “Zaminbank”ın filial müdiri oluB. Digər bıçaqlanan R.Əfəndiyev isə idman ustası, qarışıq döyüş idman növü üzrə məşqçidir. Bildirilir ki, A.Məmmədov otelin idman zalında məşq edərkən S.Quliyevlə otelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi R.Əfəndiyev arasında mübahisə yaranıb. A.Məmmədov onları sakitləşdirməyə çalışıb. S.Quliyev bıçaqla məşqçiyə və Azərə zərbələr vurub və hadisə yerindən qaçıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Fotoda: Azər Məmmədov və Ruslan Əfəndiyev