“Oteldə kimi masaj etmişəm ki?!” - Vüsalə sərt danışdı+Video

“Oteldə kimi masaj etmişəm ki?!”
Oxunma sayı: 11878

Teleaparıcı Vüsalə Kərimovanın “Qafqazinfo”ya müsahibəsi:

- “Maşın” realiti şousunun ən yaddaqalan iştirakçılarından biri olduz. Tez-tez avtomobil ətrafında qalmaqal yaşadız, mübahisələr etdiz. Nədənsə şoudakı qalmaqal real həyata keçdi. Yarışmada qarşıdurma yaşadığınız Günel Ələkbərova “Maşın”dan gedəndən sonra sizinlə bağlı ittihamlar səsləndirdi. Sizin Günelin ittihamlarına münasibətiniz necədir?

- Mübahisə zamanı otaqda bir söz işlətdim. Bu söz sən demə ismətli, abırlı, həyalı və qız uşağı kimi gəlin gedən Günel xanımın xətrinə çox pis dəydi. Mən sizi əmin edirəm ki, Günelin bu yaşa kimi eşitdiyi ən tərbiyəli söz mənim dediyim idi. O qədər əxlaqsız sözlər eşidib ki, mənim dediyim onun üçün elə-belə şey idi. Özü-özündən çıxdı. Elə başa düşdü ki, camaat onu tanımır. Belə yerdə deyirlər: “Tülkü kola girir, quyruğundan xəbəri yoxdur”. Sən məni oğlumla yaşıd hansısa bir kişiylə tutmusan? Oğlumun 17 yaşı var. Əgər söhbət Yaşardan gedirsə (Red: müğənni Yaşar Cəlilov)  onun 17 yox, 28 yaşı var. Demək söhbət başqa adamdan gedir. O başqa adamı görmək istəyirəm. Günel xanımın gördüyü adamı görmək istəyirəm. Oğlum Türkiyədən mənə mesaj yazdı ki, ana bu, nədir, ağzına gələni danışırlar. 

Bir o sözə görə Güneli həyata baxışına peşman edərəm. Deyib ki, oteldə birini masaj etmişəm. Kimi masaj etmişəm? Günel, sən öz əxlaqınla mənim əxlaqımı bir tutursan? Sən mənim əxlaqıma çata biləcək adam deyilsən. Səndə əxlaqın “ə” hərfi yoxdur. “Pişik” Güneldən nə gözləyə bilərsən? O, qoltuğuna nikah şəhadətnaməsini vurub şellənir, arxasında olanlardan xəbəri yoxdur. Təklif edirəm ki, boyunu çevirib geriyə baxsın. Görsün ki, arxasında nələr töküb gəlib? Toyundan 10 gün əvvəl Fərrux adındakı nişanlısı onu qoyub qaçmışdı. Bir il sonra müsahibə vermişdi ki, Günel mənə xəyanət etdi. Toyundan 10 gün qabaq nişanlısına xəyanət etdiyi üçün oğlan qaçmışdı. Hələ Bakıda ev kirayə götürüb kimlərlə qaldığı illərə qayıtsın. O insanlar arasında qızlar, ya oğlanlar qaldığına bir qayıtsın. 

Lazım olarsa mən qayıdım. Həyat yoldaşı dediyi insan çıxıb mənimlə danışmaq istəyirsə, danışsın. Amma kimlə bağlı mənlə danışacaq? Onu haqqında nə deyirəmsə, əcəb edirəm. Bəs onun arvadı ağzının qatığını dağıdanda ər harda idi? Niyə o ər Günelin qulağını burub yanında otuzdurub demədi ki, ay qız, sən onu filankəslə görmüsən? Həmin ər qabağıma çıxıb deyəcək ki, arvadımı kiminləsə görmüsən? Ona “dux” istəyirəm. Onların qarşısına hüquqlarını müdafiə edən kimsə çıxmayıb. Onun kimi yekə ağızlı insanların ağzını büzsün, bir də belə qələt eləməsin.

- “Maşın”da kimlərin əsl üzünü gördünüz?
 
- “Maşın”la bağlı yanlış fikirlər var. Məsələn, bu gün işə çıxmışam. Məni görən hamı deyir ki, “halal olsun, özün idin”. Həqiqətən də oynamırdım, özüm kimi yarışırdım. Həyatda necəyəmsə, orda da elə idim. İnsanlar elə bilir ki, şouda kiminsə üzü açılır. Bu yarışma sadəcə bir oyun idi. Bu oyunda kim oynamağı bacarırsa, elə də davam edir. Orada üz açılmır, sadəcə olaraq insan belə idi, siz də onu tanıdız. İnsanlar həyatda necəydilərsə, orda da elə idilər. Şəxsən mən belə idim. Mən olduğum kimiyəm, maska bağlamağı sevmirəm. Məni qəbul edən belə qəbul etsin, etməyənin də öz işidir. Mən bir qədər başqa düşünürəm. Həyatda bir dəfə səhv etmişəm, “Kimlər nə düşünər?” demişəm. Nişanlı vaxtlarımda var idi.
 
Toyumuza iki ay qalmış üzüyü qaytarmışdım. Həmin vaxt valideynlərimi düşündüm. Məni geri qaytaran digər səbəb isə kimlərinsə nə düşünməyi idi. Məsələn, fikirləşərlər ki, bu qız tələbədir. Mənim sevib-seçdiyim oğlan öz rayonumuzdan olsaydı geri qayıtmazdım. Mən Qaxdan, o Naxçıvandan idi. Tələbə vaxtı institutun yataqxanası var idi. 1-2-ci mərtəbədə qızlar, digərlərində oğlanlar qalardı. Nişanlım da orada qalırdı. Düşünürdüm ki, camaat nə deyər, biz eyni yataqxanada yaşayırdıq. Bu fikirlər məni geri qayıtmağa vadar etdi. Nə oldu? Kaş özümə rahat olan bir həyatı seçsəydim. Səhvi onda etdim. İndi isə səhv edə bilmərəm.
 
- Sosial şəbəkələrdə haqsız tərəf kimi sizi göstərirlər. Sizi tənqid edənlərin sayı daha çoxdur.
 
- Klaviatura arxasında şir, pələng olmağa ehtiyac yoxdur. Nə böyük şeydir? Hamının telefonu var, girib axtarış verirsən. Görürsən ki, bu adam hansı yuvanın quşudur, nə işlə məşğul olur. Baxın, ondan sonra dəyərləndirin. İnsanların keçmişini xatırlatmaq lazımdır. İnsanlar bir qədər qabağa gedən kimi elə bilirlər ki, keçmişlərində ləkə buraxmayıblar. Hamının həyatda səhvi var, səhvsiz insan yoxdur. Amma bu, o demək deyil ki, kimsə ağzına gələni danışmalıdır, mən isə susub oturmalıyam. O adam keçmişini görmək istəmirsə, mən güzgü kimi onun qabağında duraram. Birinci özünə baxsın. Ümumiyyətlə o, ağızna Vüsalə adını alıb danışmağa layiq biridir? Kimsə deyə bilməz ki, mən Vüsalə ilə oturub-durmuşam, pul xərcləmişəm, maşın, ev almışam. Heç kim bunu deyə bilməz. 17 yaşına kimi oğul böyütmüşəm. Oğlumun da heç bir şeyə ehtiyacı olmayıb. Ağızlarına gələni sosial şəbəkələrdə yazırlar. 
 
Mənim xüsusilə qadınlara yazığım gəlir. Qadın nə qədər keyfiyyətsiz ola bilər ki, başqalarında nəsə tapsın. Mənim haqqımda həyasız, tərbiyəsiz yazan insanlar həyatda necədir? Sadəcə onların lövhəsində gəzişmək kifayətdir. Ay insan, mənim sənə nə pisliyim dəyib? Neyləmişəm? Mənim haqqımda təhqir yazırsansa, yığıdığım günahları boynuna götürüsən. Bu cəmiyyətdən heç nə gözləmirəm. Əxlaqsız insanlara ailə qadını, evdar xanım, ana deyərək göyə qaldıran insanlar gördüm. Mübahisə etdiyim insanlar haqqında keyfiyyətli sözlər, mənim haqqımda isə əksinə fikirlər yazırdılar. Özüm özümdən şübhələnirdim. İnsanı asıb kəsmək necə asan ola bilər?


 
- Elə ittihamlar Yaşar Cəlilovun üzərində dayandı. Çünki Günelin “Oğlu yaşında kişiylə sevgilidir” deməyi ilə əməkdaşlıq etdiyiniz ifaçı başa düşüldü. Bu ittihamlar nə dərəcədə doğrudur?
 
- Yazırlar ki, Yaşar hardadırsa, Vüsalə də ordadır. Ay balam, mən Yaşardan pul qazanıram. İnsan qazancının 30 faizini işlərini gördüyüm üçün mənə verir. Mən niyə onun geyiminə, işinə qarışmamalıyam? Bəs niyə maaş verir? Gözümə, könlümə vurulduğu üçün? Onunla 7 ildir ki, çalışıram. Bizdə doğmalaşma var. Onun bir şeyi olanda mən, başqa bir şey olanda o, mənim yanıma qaçır. Deyirlər ki, “Vüsalə Yaşarın yanında bitmişdi”. Atanın, ya ərinin yanında bitmişəm? Sizə nə var axı? Yaşara xoş, mənə xoş… Siz niyə naxoşsuz? Bunun hamısı paxıllıqdan irəli gəlir. Bəlkə Yaşar hardasa oturub məndən bezdiyini deyib, xəbərim yoxdur? Axı biz rahadıqsa, siz niyə narahat olursuz? Belə şeylər mənə çatmır.
 
- Artıq oğlunuz Ayxanın 17 yaşı tamam olub. Bu söz-söhbətlərə o necə reaksiya verir?

 
- Oğlum heç vaxt yazılan rəylərə, xəbərlərə reaksiya verməyib. Biz ümumiyyətlə belə şeylərə fikir vermirik. Ana-oğuldan başqa, qardaş-bacı və dostuq. Bizim bir-birimizdən gizlətdiyimiz heç nə yoxdur. Ayxan bilir, kimin oğludur. Onun anası tanınmış insandır. O, nəyin real, nəyin isə qeyri-real olduğunu yaxşı seçən biridir. Günelin açıqlamasından sonra oğlum mənə mesaj yazdı: “Ana, bu nədir? Bütün saytlar ağzına gələni yazır”. Mən də ona cavab verdim ki, oğlum, belə şeylərə fikir vermə. Ağız torba deyil ki, büzüb yığasan. O da söylədi ki, dostlarım var. Oğlumu başa düşürəm, amma Ayxanın dostları da bilir ki, mən kiməm.

Oğlum televiziyanın içində böyüyüb. 1996-cı ildən etibarən televiziyada çalışmışam, o isə 2000-ci ildə dünyaya gəlib. O sıradan biri olmadığını gözəl bilir. Uşağım tələbədir, 1-ci kursa gedir. Qoyun dərslərini rahat oxusun, nə istəyirsiz? Yenə deyirəm, kiminsə ailəsini dağıtsam, ərlərində, qardaşında gözüm olsa, nəysə. Mənim heç kimlə işim yoxdur. Əksinə, camaatın mənimlə işi var.
 
- Vüsalə Kərimova sevgidə yaş məsələsini özündə kompleks hesab edir?
 
- Belə biri deyiləm. Məsələn, mənim 25 oktyabrda 40 yaşım olacaq. Heç kim mənə yaşımı vermir. Özümü də bu yaşda görmürəm. Hərdən 40 rəqəmi insana birtəhər görünür. Mən özümü, ruhumu o yaşda görmürəm, bunu da kompleks etmirəm. Elə yaşda olan oğlanlar var ki, çox böyük düşünürlər. Elələri də var ki, uşaq kimidirlər. Oğlumun 17 yaşı olmağına baxmayaraq dostlarının hamısı yaşca böyükdür. Mən ona aşılamamışam, mühiti belə gətirib. Gələcəkdə oğlum yaşca böyük biriylə ailə quracaqsa, yola gedəcəksə mən nə karəyəm?

Onun özü bilər, seçiminə qarışmaram. Kişilərdə sevdiyi qadın kiçik yaşda olursa, daha çox problemlər yaranır. Çünki balaca qızlar əyləncəni, gəzintini çox sevirlər. Oğlanlar isə daha ağıryana olurlar. Onların xarakterləri uyuşmur. Oğlanın qarşısında yaşı oturuşmuş xanım olanda xarakterlər uyğunlaşır. Ona görə də, yenə deyirəm oğlumun bu mövzuda seçiminə belə qarışmayacağam. Sadəcə onun əxlaqı mənə maraqlı ola bilər. Bu mövzuda ona xəbərdarlıq edə bilərəm.
 
- Bəz özünüz necə? İkinci baharınızı yaşamaq istəmirsiz?
 
- İkinci bahar nə vaxt qabağıma çıxdı ki, mən də geri çevirdim? Həmişə ikinci bahar yaşamaqdan qorxmuşam. Sıradan evdar xanım, başqa sahədə çalışan biri olsaydım seçim etmək daha rahat ola bilərdi. Üzdə olan insan üçün çətindir. Mənə yaxınlaşan insanın məqsədini bilmək olmur. Ona inanmaq, etibarını qazanmaq zaman ala bilər. Bu gün danışıb, sabah onunla ailə qura bilmərəm. Uşaq deyiləm, 40 yaşım var. Bu yaşımda səhv edə bilmərəm. Tək yaşamağa alışmışam, belə rahatdır. Bundan sonrakı illərdə çətin ola bilər. Bəlkə də eqom var, eqoistəm. Amma rahat yaşamağı sevirəm. Mənim qapıdan içəri bir, kənarda isə başqa həyatım var. Qapıdan içəridəki həyatımı daha çox sevirəm.
 
- Son olaraq sula vermək istəyirəm ki, verilişiniz mövsümdən hələ qayıtmayıb.  Sizi yeni verilişdə görəcəyik, ya necə? ATV-dəki dəyişiklik sizin işinizə təsir edibmi?

- Dəyişikliyin mənə heç bir təsiri olmadı, sıravi bir işçiyəm. Sadəcə olaraq dəyişiklik zamanı “Maşın” başladı, orada iştirak etdim. Yeni rəhbərliklə mövsümlə bağlı heç bir müzakirəm olmamışdı. Ondan öncə rəhbərliklə görüşüm oldu, dedilər ki, şoudan sonra danışarıq. Ola bilər ki, “Yüz ölç, bir biç” davam edəcək və yaxud başqa bir layihə ilə tamaşaçı qarşısına çıxacağam.

Nizami Kino Mərkəzində yerləşən "Nizami Restaurant and Lounge"a təşəkkürlər.

Elvin Elxan





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi