Otelə köçdülər... - Oğlundan 500 metr uzaqdadır

otele-kocduler
Oxunma sayı: 645

Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli və sevgilisi Selin İmer barədə yeni məlumatlar yayılmağa başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, şou gündəmini zəbt edən cütlüyün oteldə qaldığı ortaya çıxıb. Beykozdakı yeni evlərini təmir etdirən Mustafa və Selin bir neçə həftəlik oteldə özlərinə otaq ayırıblar. 

Bundan əlavə, həmin otel müğənninin boşandığı xanımı Sinem Ceceli ilə oğlu Arının qaldığı evə 500 metr yaxın məsafədə yerləşir. 

Həmçinin, tanınmış cütlük hər kəsdən uzaq gəzməyə məcbur olublar. Elə ötən gün ilk dəfə bir arada görüntülənən Mustafa və Selinin kefsiz olduqları da bəlli olub. 

Onu da qeyd edək ki, qızı barədə “Ailə dağıdan qadın” deyilən Selinin anası Canan İmer ilk dəfə açıqlama verib:

“Mən qızıma güvənirəm. Heç bir narahatlığım yoxdur. Mustafa bəylə də tanış olmuşam, ona da güvənirəm. Çox tərbiyəli bir oğlandır”.