Ötən ay Azərbaycanda minimum istehlak səbətinin dəyəri 162,87 manat olub

oten-ay-azerbaycanda-minimum-istehlak-sebetinin-deyeri-16287-manat-olub
Oxunma sayı: 657

İyul ayı üzrə qeydə alınmış qiymətlər əsasında aparılmış hesablamalara əsasən, ötən ay Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 162,87 manat, pensiyaçılar üçün 147,22 manat, 0-14 yaşlı uşaqlar üçünsə 204,27 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 100,81 manat, pensiyaçılar 90,63 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 116,38 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 36,74 manat, pensiyaçılar üçün 34,15 manat, 0-14 yaşlı uşaqlar üçün 70,33 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,32 manat, 22,44 manat və 17,56 manat təşkil edib.


Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.”


Fatimə Kərimli