Ötən ay kimlər fərqləndi?

oten-ay-kimler-ferqlendi
Oxunma sayı: 727


“Qafqazinfo” xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Qeyd edək ki, Şirkətin media monitorinq qrupu Televiziya, çap və on-line media daxil olmaqla 160-dan çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.  

Aparıcı 6 sektor üzrə adı mediada ən çox adı  hallanan qurumları təqdim edirik.  Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell  (628 məlumat), banklar arasında ABB  (391 məlumat), sığorta şirkətləri arasında Paşa Həyat (153 məlumat),  ali məktəblər arasında BDU (851 məlumat),  otel və biznes mərkəzləri  arasında Four Seasons (158 məlumat),  Avtomobil markaları arasında Mercedes (194 məlumat)  irəlidədir.

Qeyd edək ki, nəticələr şirkətimizin FB səhifəsində daha dolğun yerləşdirilib:  https://www.facebook.com/media/set/?set=a.411893028950878.1073741843.144788582327992&type=1

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.