Ötən gün 41 nəfər saxlanılıb

oten-gun-41-nefer-saxlanilib
Oxunma sayı: 732

May ayının 10-dan 11-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

“Qafqazinfo” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, gün ərzində törədilmiş 28 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş vermiş 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb.

Bundan əlavə, narkotiklərlə əlaqəli 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.