Ötən gün borclu kimi axtarışda olan 48 nəfər saxlanılıb

oten-gun-borclu-kimi-axtarisda-olan-48-nefer-saxlanilib
Oxunma sayı: 1289

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb. 

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.