Ötən gün törədilən qətlin üstü açılıb

oten-gun-toredilen-qetlin-ustu-acilib
Oxunma sayı: 2920

Bakıda ötən gün baş verən qətl hadisənin üstü açılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, avqustun 20-də Bakı şəhər sakini Əkrəm Tağızadənin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı Sabunçu rayonunun Yeni Ramana qəsəbəsindəki evində tapılıb.

Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Sakit Mirzəyev saxlanılıb.

Araşdırma aparılır