Ötən günün proqnozlara təsiri - Hansı ölkə gerilədi?

oten-gunun-proqnozlara-tesiri
Oxunma sayı: 1607

Dünən “Eurovision- 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalından sonra yenə proqnozlarda dəyişiklik olub. “Qafqazinfo” xəbər verir ki, bukmeykerlərin siyahısına əsasən, Niderland təmsilçisi Duncan Laurence hələ də “Arcade” mahnısı ilə liderdir. 

Lakin, qalibiyyətə iddialı olan Rusiya təmsilçisi Sergey Lazerev üç pillə geriləyərək 7-ci olub. İkinci pilləyə isə Avstraliya təmsilçisi Kate Miller keçib. 

Qalibiyyətə namizəd olan digər müğənni Luca Hanni  (İsveçrə) isə 9-cu pillədən irəliləyərək 4-cü olub. Ötən günkü çıxışından sonra İsveç təmsilçisi John Lundvik geriləyərək 3-cü yerdə qərarlaşıb. Fransa təmsilçisi Bilal Hassani isə 6-dan 9-a düşüb. 

Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə qeyri-adi şousu ilə Avropa tamaşaçısı tərəfindən bəyənilib və yenidən 5-liyə daxil olaraq 5-ci pillədə öz yerini tutub.