Ötən il 71 vəkil cəzalandırılıb

oten-il-71-vekil-cezalandirilib
Oxunma sayı: 643

Vəkillər Kollegiyası 2018-ci il üzrə görülən işlər barədə statistik məlumatları açıqlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ötən il ərzində Rəyasət Heyətinə 597 şikayət və müraciət daxil olub.
İlkin araşdırma nəticəsində 323 (54,1%) müraciət üzə əsas olmadığından intizam icraatının başlanılmayıb.
İntizam Komissiyasına göndərilən 274 (45,9%) şikayət və müraciətlərin 33-ü (12%) dövlət orqanlarından, 14-ü (5,1%) qeyri-dövlət orqanlarından və 227-i (82,8%) vətəndaşlardan daxil olub. 

Bu müraciətlərin araşdırmasından sonra 29 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə irad tutulub, 15 vəkilə töhmət verilib, 12 vəkilin fəaliyyəti müvəqqəti dayandırılıb, 6 vəkil Kollegiyadan çıxarılıb. 

Vəkillikdən çıxarılanların 5 nəfəri üzvlük haqqını 6 aydan çox müddətə ödəmədiyi üçün, bir vəkil isə vətəndaşın şikayəti əsasında VK üzvlüyündən xaric edilib.