Ötən il 97 jurnalist öldürülüb

oten-il-97-jurnalist-oldurulub
Oxunma sayı: 644

Bu, Sərhədsiz Reportyorlar Təşkilatının hesabatında deyilir. Hesabatda Türkiyədə 60-dan artıq jurnalistin həbsxanada olduğunu bildirilir.
Təşkilatın hesabatına görə, Pakistan bununla ikinci ildir ki, mətbuat azadlığı baxımından dünyanın ən təhlükəli ölkəsi seçilib. Ötən il Pakistanda 10 jurnalist öldürülüb, 3 jurnalist isə həbs edilib.

Pakistandan sonra dünyada mətbuat azadlığının ən təhlükəli olduğu ölkələr Meksika, Honduras, Çin, Eritrea, Somali, Əfqanıstan sıralanır.

Təşkilat 2011-ci ildə 2010-cu illə müqayisədə dünyada öldürülən, həbs edilən, saxlanılan, hökumət və ya cinayətkar qruplaşma tərəfindən təzyiq və təhdidlərə məruz qalan jurnalistlərin daha çox olduğunu açıqlayıb.

ans press