Ötən il ali məktəblərə rekord sayda tələbə qəbul olunub

oten-il-ali-mekteblere-rekord-sayda-telebe-qebul-olunub
Oxunma sayı: 644

Hazırda ölkədə 5 yaşlı uşaqların məktəbəqədər təhsillə əhatə səviyyəsi üzrə göstərici 55 faizdir. Təhsil Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatəsinin 90 faizə çatdırılması strateji hədəf kimi irəli sürülüb.

Son 4 il ərzində azərbaycanlı məktəblilər beynəlxalq olimpiadalarda 1 qızıl, 11 gümüş, 54 bürünc olmaqla 66 medal qazanıb.

2014-ci ildən Bakıda başlanılan diaqnostik qiymətləndirmə sonrakı üç il  ərzində bütün ölkə coğrafiyasını əhatə edib. Bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin sayı 140 min nəfərə yaxındır. 

Hesabatda bildirilib ki, ötən il ali təhsil müəssisələrinə rekord sayda tələbə qəbul olunub. Belə ki, bakalavriat üzrə 34.773 nəfər, magistratura üzrə 4.839 nəfər qəbul olunaraq ümumilikdə 39.612 şəxs tələbə və magistr adını qazanıb.