Ötən il ARDNŞ üzrə 147 287 metr qazma işi görülüb

oten-il-ardns-uzre-147-287-metr-qazma-isi-gorulub
Oxunma sayı: 642

ARDNŞ-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu sahədə görülmüş işlərin 6447 metri istismara, 632 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 150 metri struktur axtarış qazmasına aid olub.

Ümumiyyətlə, 2011-ci ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 147287 metr qazma işi görülüb ki, bunun da 133343 metri istismara, 13944 metri kəşfiyyata (o cümlədən, 2550 metr struktur axtarış qazması) aid olub.

Nigar Məmmədli