Ötən il Azərbaycana 3 milyona yaxın turist gəlib

oten-il-azerbaycana-3-milyona-yaxin-turist-gelib
Oxunma sayı: 640

Ötən il Azərbaycana gələn turistlər 2 milyard dollar çox vəsait xərcləyiblər. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K.Quluzadə deyib ki, ötən il Azərbaycana gələn qonaqların sayı 2 milyon 800 mindən çox olub.

Agentlik rəsmisinin sözlərinə görə, bu il Azərbaycana gələn qonaqların sayı 360 min nəfərdən çox olub: "Daha çox Rusiya və Gürcüstandan turist gəlib. Bundan əlavə, son illərdə Yaxın Şərq ölkələrindən gələn turistlərin sayında böyük artım var. Bu ilin son iki ayının nəticələrinə əsasən, Cənubi Asiya bölgəsindən gələnlərin sayında böyük sıçrayış var. Bu ilin son iki ayının nəticələrinə əsasən demək olar ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 70 faiz artım var. Mərkəzi Asiya bölgəsi üzrə 30 faiz artım qeydə alınıb. Ümumilikdə isə Azərbaycanda 15 turizm bazarı üzrə turistlərin sayında artım hiss olunur".

K.Quluzadə qeyd edib ki, əsas məqsəd 2023-cü ilədək Azərbaycana gələn turistlərin sayını 2 dəfə artırmaqdır. Qeyd edilir ki, yaxın zamanlarda 20-yə yaxın beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı təmsil olunacaq.