“Ötən il bir kq bal 15 manata satılırdısa, bu il...”

“Ötən il bir kq bal 15 manata satılırdısa, bu il...”
Oxunma sayı: 2230

Azərbaycanın cənub bölgəsində gənə xəstəliyi səbəbindən yüzlərlə arı ailəsi tələf olub. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, Astara sakini Üzün illərdir arıçılıqla məşğul olan Yaşar Ağayev bildirib  ki, bu il çəkdikləri əziyyətin bəhrəsini görə bilmirlər.
 
Səbəb isə gənə xəstəliyinin qarşısını almaq üçün  dərman preparatlarının keyfiyyətsiz olmasıdır.
 
Arıçılar cəmiyyətinin sədri Arif  Nəzirov bildirib ki, artıq müvafiq qurumlar  vəziyyətdən xəbərdardılar. Lakin vaxtında bu problemə baxılmasa yenidən kütləvi qırılma halları müşahidə oluna bilər. Fermerlər bu il balın qiymətinin yüksək olacağını deyirlər. Çünki arı ailələrinin qırıldığı halda məhsulda bir qədər az olacaq, buda balın qiymətinə təsirsiz ötüşməyəcək. Ötən il balın bir kq 15 manata satılırdısa, bu il 20-25 manata satılacaq.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi