Ötən il gömrükdən dövlət büdcəsinə 3,4 milyard manat daxil olub

Ötən il gömrükdən dövlət büdcəsinə 3,4 milyard manat daxil olub
Oxunma sayı: 839

“2018-ci ildə ölkəmizin maliyyə dayanıqlılığı, yaxın və uzaq gələcəyə hədəflənmiş düzgün iqtisadi inkişaf strategiyası sayəsində makroiqtisadi sabitlik təmin edilib və iqtisadiyyatımızın inkişaf dinamikasının qorunub saxlanılmasına nail olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

O qeyd edib ki, 2018-ci ildə ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib:

“İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb.

2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb”.

S.Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsi cari ildə də ölkəmizin iqtisadi təhlükəsizliyini qoruyaraq 1 milyard 272 milyon manat artımla proqnozlaşdırılan və qanunla təsdiq olunmuş 3 milyard 702 milyon manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi