Ötən il yanğında 56 nəfər həlak olub

oten-il-yanginda-56-nefer-helak-olub
Oxunma sayı: 641

SalamNews xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğın Nəzarəti Xidmətinin (YNX) "Təhsil müəssisələrinin yanğın təhlükəsizliyi" mövzusunda bu gün keçirilən seminar-müşavirənin açılışında xidmətin rəisi Elmar Hüseynov bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə yanğınlar zamanı 66 insan həlak olub. 2011-ci ildə uçota alınmış 2340 yanğın hadisəsi baş vermişdisə, 2012-ci ildə FHN və onun müvafiq qurumlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində bu rəqəm 2131-ə enib, ölüm sayı azalıb.

O deyib ki, FHN YNX ötən il təhsil müəssisələrində apardığı yanğın-texniki müayinələr zamanı uzun müddət təhlükəsizlik tələblərinə və standartlara cavab verməyən 11 nasaz qaz və elektrik qurğuları şəbəkədən ayrılıb, təhsil müəssisələrində çalışan 66 min nəfər yanğına qarşı təlimatlandırılıb. 33 yeni yanğın su hovuzu tikilib, 15 nasaz su hovuzu təmir olunub.