Ötən ilin ticarət dövriyyəsi açıqlandı

oten-ilin-ticaret-dovriyyesi-aciqlandi
Oxunma sayı: 971

2017-ci ildə pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 35,3 milyard manata bərabər olub. 

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, ticarət dövriyyəsinin 17,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17,4 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.

Hesabat ilində məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:
 

Məhsul qruplarının adları

Satışdan gəlir,milyon manatla

2016-cı ilə nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

35268,1

102,5

o cümlədən:

ərzaq məhsulları

16 197,7

102,1

içkilər və tütün məmulatları

1685,7

100,3

toxuculuq məhsulları, geyim və ayaqqabılar

6272,5

103,3

elektrik malları və mebellər

2118,1

102,4

kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları

255,5

101,7

əczaçılıq və tibbi mallar

461,7

101,9

avtomobil yanacağı

1938,1

100,8

digər qeyri-ərzaq məhsulları

6338,8

103,9