Otuz doqquzuncu sui-qəsd cəhdində öldürüldü

otuz-doqquzuncu-sui-qesd-cehdinde-olduruldu
Oxunma sayı: 3819

Əfqanıstanda polis xüsusi təyinatlılarının komandiri Əzizullah Karvan Kabildə öldürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Paktika əyalətində 01 nömrəli dəstəyə rəhbərlik edən Karvan naməlum şəxs tərəfindən qətlə yetirilib. 

Əzizullah martda öz müsahibəsində bildirmişdi ki, 16 illik karyerası boyunca 38 dəfə həyatına sui-qəsd olub, lakin o, hər dəfə sağ qalmağı bacarıb.

Aysel Kərimova