Ovannisyan Bakıdan şikayət məktubu yazdı

ovannisyan-bakidan-sikayet-mektubu-yazdi-
Oxunma sayı: 632

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, partiyanın mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, Ovannisyan assambleyanın son iclasında və iclas başa çatandan sonra səsləndirdiyi fikirləri rəsmi olaraq məktub şəklində yazıb.

Məktubda qeyd olunur ki, bəyannamə məclis nümayəndələrinin hüquqlarına məhəl qoyulmadan onların boyunlarına qoyulub. Dağlıq Qarabağla bağlı bəndin isə sonradan gizli şəkildə əlavə edildiyini yazıb.

Ovannisyan sonda təşkilat rəhbərliyinə müraciət edərək onları öz səhvlərini düzəltməyə və “Bakı Bəyannaməsi”ni etibarsız kimi tanımağa çağırıb.

Qeyd edək ki, bəyannamədə deyilir ki, Azərbaycanın ərazi bütövlüyünü və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi qətnamələri dəstəkləyirlər.

Səidə