Ovçular saxlanıldı

ovcular-saxlanildi
Oxunma sayı: 1764

Saatlı rayonunda qanunsuz ov edən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dekabrın 12-də qanunsuz ov etdiklərinə görə 3 nəfər saxlanılıb. Araşdırmalarla onların Saatlı rayon sakinləri Emin Cəfərov, Raqif Sarıyev, Taleh Cəfərov olduqları müəyyən edilib. 

Onlardan “MÇ-2112”, “İJ-58” və “İJ-27” markalı 3 ədəd ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd göyərçin quşu götürülüb. Araşdırma aparılır.