Ovcumuzda bizə verilən hədiyyə… - Günlük hesabat

ovcumuzda-bize-verilen-hediyye
Oxunma sayı: 694

Hər gün bank hesabınıza 86 400 manat yatırııldığını düşünün.

Gün ərzində istədiyiniz qədər xərcləmək və əksini etməkdə sərbəstsiniz. Pulu dilədiyiniz formada istifadə edə bilərsiniz. Sadəcə bir şərt var:

Pulun xərcləmədiyiniz hissəsi növbəti günə keçməyəcək, axşam hesabınızdan silinəcək və heç bir şəkildə geri qaytarılmayacaq.

Əgər hamısını xərcləsəniz və ya ümumiyyətlə xərcləməsiniz növbəti gün hesabınızda yenə 86 400 manat görəcəksiniz. Necə də keyflidir, elə deyilmi?

Əslində fərqində olsaq da, olmasaq da, hamınızın belə bir bankımız var… Adı “Zaman”dır. Hər sabah hesabımıza 86 400 saniyə yatırılır və həmin gün ondan daha artığını xərcləyə bilmirik. Ya da istifadə etmədiyimiz saniyələr növbəti günün üzərinə gəlmir.

Əgər günlük ixtiyarımızda olanı istifadə etmiriksə, bu zərər bizimdir. Geriyə qayıda bilmirik, sabahdan isə borc almaq olmur …

Elə isə bu günü öz yerində yaşamalıyıq…

Zaman heç kimi gözləmir…

Dünən artıq keçmişə çevrildi…

Sabah sirli müəmmadır…

Bu gün isə ovcumuzda bizə verilən hədiyyədir…