Ovladıqları ördək və qaşqaldaqlarla birgə tutuldular

ovladiqlari-ordek-ve-qasqaldaqlarla-birge-tutuldular
Oxunma sayı: 1375

Masallıda qanunsuz ov edən şəxslər saxlanılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsi və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşlarının birgə keçirdikləri tədbirlərlə qanunsuz ov etdiklərinə görə Masallı rayon sakini Elmir Əliyev və Astara rayon sakini Səttar Həsənov saxlanılıblar.

Onlardan 4 ədəd tüfəng, 251 ədəd patron, ov ləvazimatları, habelə ovladıqları 28 ədəd ördək və qaşqaldaq aşkar edilərək götürülüb.

Araşdırma aparılır.