“Övladlarıma icazə vermirəm ki, indiki müğənnilərin oxuduğu...”

ovladlarima-icaze-vermirem-ki-indiki-mugennilerin-oxudugu
Oxunma sayı: 1480


“Mən uşaq olanda atam muğama qulaq asmasaydı, musiqi zövqüm formalaşa bilməzdi. Mən də övladlarıma icazə vermirəm ki, indiki müğənnilərin ifa etdiyi, Azərbaycan musiqisi olmayan mahnılara qulaq assınlar.  Avtomobilimdə caz musiqisi var, Akif İslamzadə, Flora Kərimova kimi sənətkarların mahnıları var.   Atam polkovnik idi, hər cümə axşamı öz şöbəsini götürüb Filarmoniyaya  klassik musiqi dinləməyə aparırdı. Klassik musiqidən başı çıxmayanlar da qulaq asırdı, öyrənirdi, müzakirələr aparırdı. Bizi kinolara, konsertlərə aparırdılar.  İndi də gənclərimizi  istiqamətləndirmək lazımdır, onlara yaxşı musiqiləri aşılamalıyıq”.