“Övladlarımla görüşəcəyim üçün çox sevinirəm” - Ronaldo

ovladlarimla-goruseceyim-ucun-cox-sevinirem
Oxunma sayı: 639

“Real” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo Konfederasiyalar Kubokunda 3-cü yer uğrunda keçiriləcək oyunda iştirak etməyəcək. “Qafqazinfo” xəbər verir ki, ulduz futbolçuya yenicə dünyaya gələn övladlarını görmək imkanı yaradılıb.

“2 övladımın dünyaya gəldiyini bilə-bilə bütünlüklə milli komandanın oyunlarına köklənmişdim. Təəssüf ki, əsas məqsədimizə nail olmadıq. Amma Portuqaliya xalqını sevindirməkdə davam edəcəyik. Portuqaliya Futbol Federasiyası və baş məşqçimizin bu gün mənə etdiyi jesti unutmayacam. Övladlarımla ilk dəfə görüşəcəyim üçün çox sevinirəm” - Ronaldo sosial şəbəkədə yazıb.

İyunun əvvəlində surroqat ananın Ronaldoya Mateo və Eva adlı uşaqlar dünyaya gətirdiyi barədə xəbərlər yayılmışdı. Futbolçunun ilk övladı da məhz bu yolla dünyaya gəlmişdi. Hazırda onun 6 yaşı var.