“Ovod”un baş rol ifaçısı dünyasını dəyişdi

ovodun-bas-rol-ifacisi-dunyasini-deyisdi
Oxunma sayı: 1589

Sovet və Rusiya aktyoru Andrey Xaritonov 60 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda rejissor Vitali Manski sosial şəbəkə hesabında bildirib.

Bu ilin yazında Xaritonovun onkoloji xəstəliklə mübarizə apardığı deyilirdi.

Qeyd edək ki, A. Xaritonov tamaşaçıların yaddaşında baş rolda çəkildiyi “Ovod” filmi ilə qalıb.