Oxumaqdan çox şəkil çəkdirir... - Fotolar

oxumaqdan-cox-sekil-cekdirir
Oxunma sayı: 7119

Yaradıcılığına ara verən, tez-tez şəkilləri ilə gündəmə gələn müğənni Rəqsanə İsmayılova yeni fotosessiya etdirib. 

“Qafqazinfo” xəbər verir ki, bir müddətdir Rusiyada yaşayan ifaçı son şəkillərini 375 minlik instaqram səhifəsində paylaşıb. 

38 yaşlı sənətçi bir neçə obrazda kamera qarşısına keçib. 

Bu məqamda bildirək ki, Rəqsanə sonuncu dəfə ötən ilin oktyabr ayında yeni mahnısını (“Yağış yağır”)təqdim edib. O, son zamanlar mahnı və kliplərindən son fotosessiyaları ilə yaddaşlarda qalıb.