Oya Ergün “Sevgilim” klipini təqdim etdi

oya-ergun-sevgilim-klipini-teqdim-etdi
Oxunma sayı: 1497


“Qafqazinfo”nun məlumatına görə, mətbuat nümayəndələri ilə bir araya gələn opera ifaçısı Rəşid Behbudova olan sevgisindən danışıb:

“Rəşid Behbudovla tanışlığım 10 yaşıma təsadüf edir. Radioda səsini eşidib heyran olmuşdum. Sabah Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 8 Mart- Qadınlar günü münasibəti ilə konsert proqramı ilə çıxış edəcəm. Konsertə giriş dəvətnaməylədir. Jurnalistləri də 19:30-da orada gözləyirəm. Bu konsert qadınlara bayram hədiyyəsi olacaq. Konsertdən gəlir əldə etməyəcəm. Pul mənim üçün vacib deyil. Əsas odur ki, öz mahnılarımı  dinləyicilərə çatdıracam. R. Behbudovun 2 mahnısını da səsləndirəcəm. Opera ifaçısı Ülvi Qılınc da mənimlə səhnəyə çıxacaq. Opera elə sənətdir ki, hər zaman dinləyicisi az olub. Bu sənəti yaşatmaqdan qürur hissi keçirirəm. Onu da qeyd edim ki, dünyanın bir çox ölkələrini gəzmişəm. Azərbaycan qədər mənə doğma olan ölkə yoxdur”. 

Qeyd edək ki, mətbuat konfransında O. Ergün Rəşid Behbudovun “Sevgilim” mahnısına çəkdirdiyi klipi təqdim edib. 

Könül