Oyuncaq tapança ilə lombardı soyanın məhkəməsi başlayıb

oyuncaq-tapanca-ile-lombardi-soyanin-mehkemesi-baslayib
Oxunma sayı: 1244

Bakı Ağır Cinayətlər Məhkəməsində oyuncaq tapança ilə lombarda basqın edərək quldurluq etməkdə təqsirləndirilən Kamran Allahverdiyevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib. Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Rəsmi açıqlamaya görə, Nəsimi rayonu ərazisindəki lombarda gələn Abşeron rayon sakini Kamran Allahverdiyev orada işləyən Anar Əliyevi tapança ilə hədələyərək pul və qızıl tələb edib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxs tutulub. Onun quldurluq əməlini oyuncaq tapança ilə həyata keçirdiyi məlum olub. 

Murad Əhməd