“Öz gözündə tiri görməməsi böyük faciədir”

oz-gozunde-tiri-gormemesi-boyuk-faciedir
Oxunma sayı: 635

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
E. İbrahimov bildirib ki, bu gün digər dövlətlərə demokratiya dərsi keçən, insan hüquq və azadlıqlarını kobud şəkildə pozan Fransa parlamentarilərinin belə bir sənədi qəbul etməsi yolverilməzdir. Onun sözlərinə görə, erməniləri dinləyib Türkiyəni eşitməyənlərin, faktlar və sənədlərlə sübuta yetirilən Xocalı soyqırımını deyil, erməni uydurmasının bəhrəsi olan "erməni soyqırımı" barədə qərar verənlərin əməlləri bizim milli maraqlarımıza ziddir. «Bu haqsızlığı Azərbaycan xalqı özünə qarşı törədilən ədalətsiz və qərəzli addım kimi dəyərləndirir. Güc birlikdədir deyiblər. Zamanın ağır sınaqlarından üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı bütün məkrlərə və maneələrə üstün gələcəkdir»- deyə E.İbrahimov vurğulayıb.

YAP Siyasi Şurasının üzvü bildirib ki, Fransanın bu mövqeyi Azərbaycanın bu ölkə ilə bütün sahələrdəki əlaqələrinə yenidən baxmağı, Minsk qrupunun həmsədri kimi ondan imtina etməyi vacib edir.