Öz qalaktikasından uzaqlaşan qara dəlik aşkarlandı

oz-qalaktikasindan-uzaqlasan-qara-delik-askarlandi
Oxunma sayı: 1564

Hubble kosmik teleskopu ilə çalışan alimlər qeyri-adi qara dəliyi kəşf ediblər.

Qafqazinfo”nun “Technote.az”a istinadən məlumatına görə, belə ki, kütləsi bizim Günəşin kütləsindən milyon dəfə çox olan sözügedən qara dəlik öz qalaktikasından uzaqlaşır. Bu hal, “qaçan” qara dəlik fenomeninin ilk sübutudur.

Qara dəliyin öz qalaktikasından çıxması üçün yüksək dərəcədə enerji lazımdır. Tədqiqatçılardan ibarət komandanın hesablamalarına görə, qara dəliyin öz qalaktikasından çıxması üçün yüksək kütləli 100 milyon ulduzun partlaması nəticəsində yaranan enerjiyə bərabər güc lazımdır. Alimlərin fikrincə, 1-2 milyard il bundan öncə birləşmiş iki qara dəlik nəticəsində yaranmış qravitasiya dalğaları sözügedən yüksək kütləli qara dəliyin öz qalaktikasından uzaqlaşmasına səbəb olub. Qara dəlik artıq 35000 işıq ili məsafəsini qət edib. Bu göstərici isə Günəş sistemindən Süd yolu qalaktikasının mərkəzinə qədər olan məsafədən qat-qat çoxdur. Hazırda yüksək kütləli qara dəlik saatda 7.5 milyon km sürətlə kosmosda hərəkət edir.

Qeyd edək ki, bu sürət Yer kürəsindən Aya 3 dəqiqə ərzində çatmağa imkan verə bilər.