“Öz tariximizi yazdıq” - Sautqeyt

oz-tariximizi-yazdiq
Oxunma sayı: 816

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt dünya çempionatının yarımfinalında Xorvatiyaya qarşı keçirəcəkləri matçdan danışıb.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis indiyə qədərki nəticələrdən xoşbəxt olduğunu bildirib:

“Bu turnirdəki nəticələrə görə xoşbəxtik. Ən gənc komandalardan biriyik və irəli gedəcəyimizi göstərdik. Burada çox çətinliklər aşdıq və öz tariximizi yazdıq. 10 ildir ki, bizim belə uğurlarımızı olmayıb. Fiziki və psixoloji baxımdan hazırıq. Məşqlərdə çox ciddi şəkildə hazırlaşmışıq”.